Bakıda və İrəvanda prezidentlərin növbəti görüşü müzakirə olunacaq

Bakıda və İrəvanda prezidentlərin növbəti görüşü müzakirə olunacaq

Həm Bakıda, həm də İrəvanda prezidentlərin növbəti görüşünün yeri və vaxtının müəyyənləşdirilməsi barədə müzakirələr aparacağıq". SİA-nın məlumatına görə, bu sözləri ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik Bakıda mətbuat konfransında deyib.

O bildirib ki, görüşlə bağlı hələ dəqiq yer və vaxt məlum deyil: "Prezident İlham Əliyev artıq görüşə razılıq verib və biz bunu alqışlayırıq. Prezidentlər arasında görüşlər o qədər asan təşkil olunmur, lakin bunlar vacibdir və məhsuldar olur. Bu kimi görüşlərin vacibliyi ondan ibarətdir ki, prezidentlər öz aralarında müzakirələr apararaq bir-birini daha yaxşı anlayır, fikirlərini açıq şəkildə paylaşırlar. Belə dialoqları vacib və önəmli hesab edirik. Artıq sülh vaxtı gəlib çatıb. Azərbaycan və Ermənistanda növbəti nəsil Dağlıq Qarabağı münaqişə nöqteyi nəzərindən tanımalı deyil. Biz istəyirik ki, tərəflər münaqişənin həlli ilə bağlı istəklərini nümayiş etdirsinlər. Məsələnin sülh yolu ilə həllinə siz və övladlarınız layiqdir. Biz istərdik ki, sülh prosesinə dinc şəraitdə, danışıqlar yolu ilə nail olunsun".

Bütün xəbərlər Facebook səhifəmizdə