ABŞ-ın Dağlıq Qarabağ üzrə mövqeyi dəyişməz olaraq qalır. Birləşmiş Ştatlar Minsk qrupu həmsədrləri ilə birgə işləyərək uzun müddətdən bəri davam edən münaqişəni həll etməyə sadiq qalır. SİA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta deyib.
O bildirib ki, münaqişənin həll olunması üçün uzun müddətdir ki, səy göstərirlər: "Bu səylərin davamı olaraq, Minsk qrupunun amerikalı həmsədri Azərbaycana gəlir. Məqsəd münaqişə tərəflərini bir araya gətirərək problemin həllinə çalışmaq və onu həll etməkdir. Onu da qeyd etmək istəyirəm ki, son dövrlər həm Azərbaycan Prezidenti, həm digər rəsmilər münaqişənin həllində irəliləyişin olması ilə bağlı rəsmi Bakının qətiyyətli olması barədə bəyanatlar veriblər. Mən bu fikirlər barədə rəsmi Vaşinqtona məruzə etmişəm. Düşünürəm ki, bu bəyanatlar Uorlikin Bakıya səfəri zamanı aparılacaq müzakirələrin mövzusu olacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB