"Azərbaycanla Özbəkistan arasında əlaqələr dinamik inkişaf edir". SİA-nın məlumatına görə, bunu keçirdiyi mətbuat konfransında Özbəkistanın Azərbaycandakı səfirliyinin müşaviri Cahangir Amin deyib.
O bildirib ki, siyasi və iqtisadi əlaqələrimizin böyük potensialı var: "İki ölkənin XİN-ləri arasında çox yaxşı münasibətlər var. Qarşılıqlı olaraq nümayəndə heyətlərinin səfərləri həyata keçirilir. Yaxın vaxtlarda bir neçə nümayəndə heyətinin səfəri gözlənilir. Bu ilin noyabrında Özbəkistanda beynəlxalq meyvə və tərəvəz yarmarkası olacaq, Azərbaycan şirkətləri də orada iştirak edəcək. Yarmarkada özbək məhsullarının Azərbaycana tədarükü ilə bağlı razılaşma imzalanacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB