Politoloq: “Azərbaycan nə Qərbi, nə də Rusiyanı qıcıqlandırmaq istəmir” AÇIQLAMA
"Cənab Prezident İlham Əliyev Azərbaycanın Avrasiya İttifaqına üzvlüyü barəsində gedən söz – söhbətlərə aydınlıq gətirib. Bu məsələ tez – tez Rusiyanın ayrı – ayrı KİV-ləri tərəfindən qaldırılır. Aydın məsələdir ki, Azərbaycan nə Qərbi, nə də Rusiyanı qıcıqlandırmaq istəmir. Xarici siyasətimiz manevrlər əsasında davam etməkdədir". Bunu SİA-ya politoloq Zaur Məmmədov deyib.
Onun sözlərinə görə, Azərbaycan kimi çox çətin regionda yerləşən dövlət üçün xarici siyasətdə balansı saxlamaq heç də asan deyil: "Prezident öz çıxışında qeyd edib ki, Azərbaycanın ayrı – ayrılıqda Avrasiya İttifaqına üzv dövlətlər ilə ikitərəfli iqtisadi, siyasi və digər sahələrdə əməkdaşlığı yüksək səviyyədədir və hələlik bu İttifaqa üzv olmaq üçün ehtiyyac görünmür. Lakin, əgər İttifaq daxilində müəyyən problemlər aradan qaldırılsa, ittifaq cəlbedici məkan kimi bizi cəlb etsə, o zaman Azərbaycan Avrasiya İttifaqı haqqında düşünə bilər".
Z. Məmmədov əlavə edib ki, Prezident əslində Avrasiya ittifaqına qoşulmaqda iqtisafi faydanın görməməsindən bəhs edir: "Bugün üçün doğurdan da belə bir inteqrasiya blokuna qoşulmağın Azərbaycan üçün nə siyasi, nə də iqtisadi xeyiri ola bilər. Avrasiya İttifaqı Azərbaycana nə verə bilər? Rusiya, Belarusiya və Qazaxıstan arasında iqtisadi inteqrasiyadan söhbət gedirsə, bu başadüşüləndir. Bu dövlətlər arasında sənaye kooperasiyasının səviyyəsi istənilən səviyyədədir. Lakin, iş orasındadır kı, Azərbaycanın iqtisadiyyatı tamam başqa sahəyə əsaslanıb. Neft – qaz ölkəsi olan Azərbaycanın iqtisadiyyatının əsasını Avropaya gedən kəmərlər təşkil edir. İstər kəmərlər, istərsə də ipək yolu ilə ticari əməkdaşlıq, dəmir yolları və s kimi sahələr Rusiyadan yan keçməklə Qərbə üz tutur. Eyni zamanda Rusiya ilə Qazaxıstan və Belarusiya arasında kommunikasiya və iqtisadiyyatın bir – birindən bağlılığı məsələsində yetəri qədər asıllılıq var".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB