NMR Daimi nümayəndəliyi ilə əməkdaşlıq müzakirə olunub

NMR Daimi nümayəndəliyi ilə əməkdaşlıq müzakirə olunub

Misir Ərəb Respublikasının Azərbaycandakı səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin müdiri Əhməd Sami Elaydi və Naxçıvan Muxtar Respublikasının Bakıdakı Daimi nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərovla görüşüb. SİA-ya Misirin ölkəmizdəki səfirliyindən verilən məlumata görə, B. Əsgərov nümayəndəliyin fəaliyyəti, NMR-da aparılan işlər, iqtisadi inkişaf, turizm barədə ətraflı məlumat verib. Söhbət zamanı Əhməd Sami Elaydi Mərkəzin Azərbaycanda fəaliyyətə başladığı dövrdən həyata keçirdiyi işlər haqqında danışıb.

Görüş zamanı tərəflər arasında müştərək tədbirlərin təşkili, əməkdaşlığın davamlı olması üçün bir sıra layihələrin və mədəni əlaqələrin inkişafı üçün planları müzakirə ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə