Kəmaləddin Heydərov nümayəndə heyəti ilə görüşüb

Kəmaləddin Heydərov nümayəndə heyəti ilə görüşüb

Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov oktyabrın 19-da ölkəmizdə səfərdə olan İran İslam Respublikasının Ərdəbil Əyalətinin valisi Məcid Xudabəxşin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

SİA-nın məlumatına görə, qonaqları səmimi salamlayan nazir Kəmaləddin Heydərov ölkəmizdə fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması istiqamətində görülən işlər barədə danışmış, bu sahədə İran İslam Respublikasının müvafiq qurumları ilə yüksək səviyyəli əməkdaşlıqdan ətraflı bəhs edib. O, belə səfərlərin uyğun qurumlar arasında əlaqələrin möhkəmləndirilməsində əhəmiyyətli rol oynadığını da qeyd edib.

Nümayəndə heyətinin rəhbəri, İran İslam Respublikasının Ərdəbil Əyalətinin valisi Məcid Xudabəxş səmimi görüşə görə təşəkkürünü bildirmiş, rəhbərlik etdiyi əyalətin Azərbaycanla müxtəlif sahələrdə uğurla əməkdaşlıq etdiyini diqqətə çatdırmış və münasibətin bundan sonra da yüksələn xətlə inkişaf edəcəyinə əmin olduğunu bildirib. Vali Məcid Xudabəxş Azərbaycan Respublikasının bir neçə şəhərində olduğunu və bu səfərlər zamanı ölkədə gedən sürətli inkişaf proseslərinin şahidi olduğunu da qeyd edib.

Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlərlə bağlı fikir mübadiləsi aparılmış, gələcək əməkdaşlığın perspektivləri müzakirə edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə