"Amerika Birləşmiş Ştatları Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biri olub və ölkəmiz o vaxtdan bəri birgə qurduğumuz səmimi dostluğu yüksək dəyərləndirir".
SİA-nın məlumatına görə, bu barədə ABŞ-ın Bakıdakı səfirliyinin Azərbaycanın Dövlət Müstəqilliyi Günü münasibətilə yaydığı açıqlamada deyilir. Qeyd olunub ki, Azərbaycan müstəqilliyinin 25 illik dövründə böyük nailiyyətlər əldə edib: "Biz ifadə azadlığını, siyasi iştirakı, qanunun aliliyini təbliğ etmək, iqtisadi inkişafı gücləndirmək, terrorla mübarizə aparmaq və Azərbaycan vətəndaşlarının hüzurlu və sabit gələcəklərini təmin etmək tədbirlərinə dəstək vermək məqsədilə birgə çalışmağa davam etməyə hazırıq. ABŞ Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həll olunmasında vasitəçilik roluna sadiq qalır. Əsrin dörddə biri qədər mövcüd olan müstəqilliyin bu əlamətdar ildönümü münasibətilə amerikalılar azərbaycanlılara ən xoş arzularını çatdırırlar".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB