Norveçin Azərbaycandakı səfiri Bord İvar Svendsen dövlət müstəqilliyinin 25-ci ildönümü münasibətilə Azərbaycan xalqını və hökumətini təbrik edib. SİA-nın məlumatına görə, təbrikini Azərbaycan dilində videogörüntü ilə təqdim edən səfir vurğulayıb ki, Azərbaycan 1991-ci ildə öz dövlət müstəqilliyini yenidən bərpa etdi və indi müstəqilliyinin 25-ci ildönümünü azad bir xalq kimi qeyd edir: "Azərbaycan xalqını və hökumətini bu münasibətlə təbrik edirəm. Ölkənizə bütün işlərdə müvəffəqiyyət, daim çiçəklənmə, əmin-amanlıq xoşbəxtlik arzu edirəm. Ötən 25 il ərzində Norveç və Azərbaycan ikitərəfli əlaqələrini bir çox sahələrdə inkişaf etdirib, bu əməkdaşlıq və dostluq gələcəkdə də davam etdiriləcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB