Səfir xalqımızı təbrik etdi

Böyük Britaniyanın Azərbaycandakı səfiri xanım Karol Krofts Dövlət Müstəqilliyinin 25-ci ildönümü münasibətilə Azərbaycan xalqını təbrik edib. SİA-nın məlumatına görə, səfir təbrikini videogörüntü vasitəsilə Azərbaycan dilində və Şəhidlər Xiyabanından çatdırıb.

"Mən Azərbaycanın müstəqilliyinin ən mühüm rəmzlərindən biri olan Şəhidlər Xiyabanında dayanıram. Məhz buradan Azərbaycanı müstəqilliyinin 25-ci ildönümü münasibətilə təbrik etmək istəyirəm. Müstəqilliyin bərpasından keçən 25 illik inkişaf yolu diqqətəlayiq olub. Böyük Britaniya fəxr edir ki, Azərbaycanın inkişafını dəstəkləməkdə rol oynayıb. Biz əminik ki, növbəti 25 ildə qarşılıqlı əməkdaşlıq nəticəsində Azərbaycanın daha güclü dövlət və cəmiyyət kimi çiçəklənməsinə, inkişaf etməsinə geniş imkanlar yaranacaq. İkitərəfli münasibətlərimizin daha da gücləndirlməsini səbrsizliklə gözləyirəm" - deyə, diplomat vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə