BMT oktyabrın 19-dan Yəməndə münaqişədə olan bütün tərəflərdən 72 saatlıq atəşkəsin əldə edilməsi ilə bağlı zəmanət alıb. SİA xəbər verir ki, bu barədə qurumun mətbuat-xidməti məlumat yayıb. Məölumatda qeyd edilir ki, BMT-nin Yəmən üzrə xüsusi nümayəndəsi İsmayıl Üld Şeyx Əhməd münaqişə aparan tərəflərin hər birindən ayrı-ayrılıqda vəd alıb. Belə ki, bu ilin 10 aprel tarixində hərbi əməliyyatların dayandırılması haqqında əldə edilmiş razılıq yenidən qüvvəyə minəcək. Yəmən vaxtı ilə 2016-cı il, 19 oktyabr saat 23:59-dan başlayaraq atəşkəsin 72 saatlıq ilkin mərhələsinə əməl olunacaq və atəşkəs mümkün qədər uzadılacaq.
Xüsusi nümayəndə bildirib ki, o hərbi əməliyyatların dayandırılması ilə bağlı atəşkəsin bərpasını alqışlayır və regional gücləri, eləcə də beynəlxalq ictimaiyyəti münaqişənin birdəfəlik həllində fəal olmağa dəvət edir.
İsmayıl Üld Şeyx Əhməd deyib ki, atəşkəs nəticəsində yəmənlilər qan axıtmaqdan qurtulacaq və bu, humanitar yardımın daha əhatəli şəkildə həyata keçirilməsinə zəmin yaradacaq.
Xüsusi nümayəndə münaqişə tərəflərinə xatırladıb ki, razılaşmaya görə, humanitar yardımın paylanması üçün BMT personalının Yəmənin bütün bölgələrinə baş çəkəcəklər.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB