"Rəsmi Moskva ABŞ-ın Rusiyaya qarşı nəhəng masştablı kiberhücm əməliyyatına başlaması qərarına mütləq reaksiya göstərəcək". SİA xəbər verir ki, bu fikirləri "RİA Novosti"yə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov mövcud məsələyə münasibətini bildirərkən deyib.
"Çox yəqin ki, biz reaksiya göstərəcəyik, əlbəttə... Bu, artıq həyasızlıq səviyyəsidir. Çünki burada Rusiyanın dövlət nümayəndələrinin, siyasi xadimlərinin konkret adları hallanır", - deyə Uşakov vurğulayıb.
Qeyd edək ki, şənbə günündən başlayaraq beynəlxalq KİV-də ABŞ prezidenti Barak Obamanın administrasiyasında Rusiyaya qarşı ölçüyəgəlməz gizli kiberəməliyyata başlanacağı barədə informasiyalar yer alıb. İddia olunur ki, buna səbəb Rusiyanın Amerikada keçiriləcək prezident seçkilərinə müdaxilələr etməsi olub.
ABŞ-ın vitse-prezidenti Co Bayden isə bəyan edib ki, Vaşinqton Rusiya prezidentinə "xəbər göndərəcək" və bu elə bir vaxtda baş verəcək ki, amerikalılar öz seçimlərini edəvəklər. "Bax onda bu əla effekt verəcək"-deyə Bayden bildirib.
Baydendən öncə isə Ağ evin mətbuat katibi Coşua Ernest vurğulayb ki, prezident (Barak Obama) rusiyalı hakerlərin hücumları ilə barışmaq niyyətində deyil.
Buna cavab olaraq isə Vladimir Putinin mətbuat katibi Dmitri Peskov bəyan edib ki, ABŞ-ın bu cür addımları Kremldə neqativ olaraq qiymətləndirilir.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB