Pakistanın Baş naziri Fəxri Xiyabanda olub

Pakistanın Baş naziri Fəxri Xiyabanda olub

Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Nəvaz Şərif oktyabrın 15-də Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əkili qoyub.

SİA-nın məlumatına görə, görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb.

Tanınmış dövlət xadimi və ictimai xadim Əziz Əliyevin və istedadlı həkim-alim Tamerlan Əliyevin məzarları üstünə də gül dəstələri qoyulub.

Bütün xəbərlər Facebook səhifəmizdə