Xarici işlər naziri Elmar Məmmədyarov İslam Əməkdaşlıq Təşkilatının 18-19 oktyabr tarixlərində Özbəkistanın paytaxtı Daşkənd şəhərində "Təhsil və Maarifçilik: Sülh və Yaradıcılığa doğru yol" mövuzusunda keçiriləcək 43-cü xarici işlər nazirləri şurasında iştirak edəcək. Bu barədə SİA-ya Azərbaycan XİN-in mətbuat xidmətindən məlumat verilib.
İƏT xarici işlər nazirlərinin şurasında Elmar Məmmədyarovun çıxışı və ikitərəfli görüşləri nəzərdə tutulub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB