Bu gün Avropa Şurası və Avropa İttifaqı Azərbaycanda jurnalistlər, ədliyyə işçiləri, inzibati orqan işçiləri və peşəkar hüquqşünaslar üçün layihələrin orta müddətli hesabatını təqdim edib. SİA-nın məlumatına görə, 2015-2017-ci illəri əhatə edən və Proqram Əməkdaşlığı Çərçivəsində keçirilən dörd layihənin əsas məqsədi KİV azadlığının və ifadə azadlığının genişləndirilməsi, korrupsiya ilə mübarizə, Ədliyyə Akademiyasının rolunun və imkanlarının artırılması, hakimlərə təhsil verilməsi, habelə Azərbaycanda ədliyyə xidmətlərinin səmərəsi və keyfiyyətinin yüksəldilməsindən ibarətdir. Avropa Şurasının Bakıdakı ofisinin rəhbəri Draqana Filipoviç bildirib ki 4,7 milyon avro dəyərində olan bu layihələr Avropa İttifaqı və Avropa Şurası tərəfindən maliyyələşdirilir və Avropa Şurası tərəfindən həyata keçirilir. Onun sözlərinə görə, qeyd edilən layihələr müxtəlif orqanlarla əməkdaşlıq çərçivəsində həyata keçirilir. O, hökumətlə vətəndaş cəmiyyəti arasında əməkdaşlığın əhəmiyyətini də vurğulayıb. Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard bildirib ki, Aərbaycanla bütün sahələrdə ambisiyall əməkdaşlığımız var. Bu il biz tərəfdaşlığımızın 25-ci ildönümünü qeyd edirik. Onun sözlərinə görı, Avropa İttifaqının bu layihə çərçivəsində maliyyə dəstəyi 4, 6 milyon dollardır, demək olar ki, büdcə Aİ tərəfindən ayrılıb: "Biz Azərbaycanla bərabər şəkildə əməkdaşlıq etməyə hazırıq. Bu layihələrin uğurlu olacağına əminik". Proqram Əməkdaşlığı Çərçivəsində milli əlaqələndirici, XİN-in təmsilçisi Aqil Günəşov proqramın ölkə üçün vacib sahələri əhatə etdiyini vurğulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB