Qazaxıstan prezidenti Nursultan Nazarbayev özünü yaxşı hiss edir. SİA RİA Novosti-yə istinadən xəbər verir ki, bunu jurnalistlərə prezidentin qızı Dariqa Nazarbayeva deyib. Onun sözlərinə görə, Nazarbayev özünü indi daha yaxşı hiss edir.
Qeyd edək ki, Qazaxıstan prezidenti səhhətində yaranmış problemlə bağlı bu həftə ərzində bütün beynəlxalq səfərləri və tədbirləri, o cümlədən oktyabrın 12-də Azərbaycana, oktyabrın 14-də isə Ermənistana səfərlərini təxirə salıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB