"ATƏT-in Minsk qrupu Dağlıq Qarabağ münaqişəsinin həlli yolunun tapılması üçün səylərini artırmalıdır". SİA RİA Nocvosti-yə istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu AŞPA-nın payız sessiyasında bildirib.
O deyib ki, Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanın işğal olunmuş beş rayonundan çıxması məsələsi gündəmdədir: "Əgər belə addım atılarsa, biz onu dəstəkləyəcəyik. Biz Azərbaycanın xeyrinə olan istənilən nizmlanma qərarını dəstəkləməyə hazırıq".
XİN rəhbəri Ermənistanla münasibətlərin nizamlanmasına da toxunub: "Əgər Qarabağ münaqişəsi həll olunsa, onda Cənubi Qafqaz üçün heç bir təhdid olmayacaq. Niyə bu münaqişə həll edilməməlidir? Hesab edirəm ki, Minsk qrupu səylərini artırmalıdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB