Tahir Mirkişili ATƏT DTİHB direktoru ilə görüşü şərh etdi AÇIQLAMA!

Tahir Mirkişili ATƏT DTİHB direktoru ilə görüşü şərh etdi AÇIQLAMA!

"Görüş zamanı ATƏT DTİHB-in direktoru Mixael Link ilə müxtəlif məsələr müzakirə mövzüsu oldu. Fikrimcə, görüş konstruktiv müzakirə şəraitində keçdi. Azərbaycanda olan qədim ənənələrdən, müxtəlif xalqların birgə yaşayış nümunəsindən, bunu, onun özününün regionlara səfəri zamanı şəxsən şahid olduğundan danışdı. Mixael Link bu nümunənin ATƏT regionu ölkələri üçün bir örnək olacağını ifadə etdi. Müxtəlif dini abidələrin bir yerdə olmasını o, indiki zamanda çöx böyük səyin nəticəsi kimi qiymətləndirdi".

Bu fikirləri SİA-ya açıqlamasında millət vəkili Tahir Mirkişili bildirib.

Azərbaycan Milli Məclisinin deputatları ilə ATƏT DTİHB direktoru Mixael Link arasındakı görüşü şərh edən T.Mirkişili qeyd edib ki, eyni zamanda ATƏT DTHİB ilə Azərbaycan arasında əlaqalərin inkişafında maraqlı olduqlarını ifadə etdi. Azərbaycanın ATƏT PA-da nümayəndə heyətini rəhbəri Bahar Muradova Azərbaycanın ATƏT regionunda etimad yaradıcı rolundan bəhs edərək, ATƏT çərçivəsində nümayəndə heyətinin fəaliyyətindən söz açaraq növbəti iclaslarda ölkəmizdə həyat tərzi olan multukulturalizm dəyərlərinin ATƏT ölkələri arasında etimadın və demokratik dəyərlərin möhkəmlənməsinə xidmət edə biləcək bir sənəd kimi yaymaq planlarından bəhs etdi. ATƏT DTİHM rəhbəri də bu ideyalarla həmrəy olduğunu bir daha bəyan etdi. Hesab edirəm ki, ATƏT nümayəndələri də Azərbaycanla əməkdaşlığın qarşılıqlı hörmət, etimad və beynəlxalq normalar çərçivəsində inkişaf etdirməli olduqlarını qəbul və əməl etməkdədirlər".

Bütün xəbərlər Facebook səhifəmizdə