"AŞPA missionerləri tərəfindən sentyabrın 26-da Azərbaycan keçirilən ümumxalq səsverməsinin (referendum) nəticələrinin yüksək qiymətləndirilməsi ədalətli yanaşmanın bir nümunəsidir". Bunu SİA-ya Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin (CASFEN) sədri Azər Həsrət deyib.
Sədrin sözlərinə görə, artıq bizlər sevinirik ki, nəhayət beynəlxalq qurumlar, o cümlədən də AŞPA Azərbaycanla bağlı bir məsələdə konkret olaraq ədalətli mövqe sərgiləyir: "Bu məsələnin bir tərəfidir. Digər tərəfdən isə bu ümumilikdə Azərbaycanda davam edən proseslərə beynəlxalq ictimaiyyətin bu cür obyektiv yanaşmasının nümunəsi olaraq bizim üçün sevindiricidir. Bildiyiniz kimi Azərbaycan öz yolunu seçmiş və heç kimdən asılı olmayaraq siyasət quran bir ölkədir. Bu ölkənin siyasətini yeri gəldi-gəlmədi hər yerindən duran hər zaman tənqid etməyə öyrəşib. Amma ABŞ Dövlət Departamentinin referendumdan bir gün sonra seçkiləri obyektiv dəyərləndirməsi, bunun ardından isə AŞPA-da məsələyə bu cür yanaşılması onu göstərir ki, artıq Azərbaycanla hesablaşırlar. Təbii ki, bu bizi sevindirir. Ümid edirik ki, bundan sonra da təkcə bu referendum və buna bənzər məsələ deyil, digər məsələlərimizdə də obyektiv münasibətə rast gələcəyik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB