MSK sədri: "Azərbaycan seçki prosesində Avropa ölkələrindən geri qalmır"
Mərkəzi Seçki Komissiyası sentyabrın 26-da keçirilmiş ümumxalq səsverməsi (referendum) ilə əlaqədar səsvermənin təşkili üçün üzərinə düşən vəzifəni yerinə yetirib". SIA-nın məlumatına görə, bunu bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında MSK sədri Məzahir Pənahov deyib. O bildirib ki, səsvermə çox rəvan keçib: "Azərbaycan mətbuatı bu seçkilərdə necə iştirak etmək fikirindədir? Referendumla bağlı prosesdə hər hansı qanun pozuntusuna yol verməsi halına rast gəlinmədi. Bu, həm jurnalistlərinin peşəkarlığı, həm də seçki subyektlərinin maariflənməsi ilə bağlıdır. Polisin də prosesdə fəaliyyəti yüksək qiymətləndirilib, hər hansı irad olmayıb". MSK sədri bildirib ki, ən qərəzli müşahidəçilərin hesabatlarında da seçki prosesində hakimiyyət resurslarından istifadə olunması barədə ifadəyə rast gəlinmir: "Bir vaxtlar irad kimi səslənən bu ifadə artıq yaddan çıxıb. Azərbaycan seçki proseslərində ən inkişaf etmiş Avropa ölkələrinin heç birindən geri qalmır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB