"AŞPA missiyası Azərbaycanda referendumun nəticələrini müsbət qiymətləndirib"

"AŞPA missiyası Azərbaycanda referendumun nəticələrini müsbət qiymətləndirib"

Oktyabrın 10-da Avropa Şurası Parlament Assambleyasının payız sessiyasının plenar iclasında Ermənistan nümayəndə heyətinin üzvləri ölkəmizə qarşı qara yaxmağa, referendumla bağlı mənfi fikirlər söyləməyə çalışıblar. Ermənistan nümayəndə heyətinin çıxışından sonra Norveçin AŞPA-dakı nümayəndə heyətinin rəhbəri, məruzəçi İngjerd Sçou çıxış edərək AŞPA-nın Azərbaycanda keçirilən referendumu qiymətləndirmə missiyasının müşahidələrinin nəticələrinə toxunub. Norveçli deputat AŞPA-nın missiyasının məruzəsində Azərbaycanda keçirilən referendumun nəticələrinin müsbət qiymətləndirildiyini bir daha diqqətə çatdırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə