AŞPA sədri: “Dağlıq Qarabağ münaqişəsi həll edilməlidir”

AŞPA sədri: “Dağlıq Qarabağ münaqişəsi həll edilməlidir”

Dağlıq Qarabağda, Ukrayna, Moldova və Gürcüstandakı münaqişələr tamamilə qəbuledilməzdir. SİA-nın məlumatına görə, bunu Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sədri Pedro Aqramunt qurumun payız sessiyasında çıxışı zamanı deyib. O bildirib ki, Avropa diplomatiya yolu ilə bu münaqişələri həll etməlidir.

AŞPA sədri əlavə edib ki, bütün ölkələrin ərazi bütövlüyü təmin edilməlidir: "Ölkələrin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin dəyişməsinə yol vermək olmaz. Həmçinin, gücdən istifadə etməmək prinsipinə də əməl edilməlidir".

Bütün xəbərlər Facebook səhifəmizdə