Nazirlərə qadağa

Britaniyalı nazirlərə yeni qadağa qoyulub. Belə ki, onlar bundan sonra "Apple Watch" ağıllı saatlarından istifadə edə bilməyəcəklər. Məqsəd, onları rusiyalı hakerlərin hücumlarından maksimum şəkildə qorumaqdır. SİA-nın məlumatına görə, bu barədə Rusiya 24 telekanalı xəbər verib. Brtitaniyalılar hesab edirlər ki, ruslar bu kimi mobil qurğulara daha asanlıqla müdaxilə etməyi bacarırlar.

Qeyd edək ki, Devid Kemeronun hökumətə rəhbərlik etdiyi zamanlarda hökumət nümayəndələrinin demək olar ki, hər biri "Apple Watch"dan istifadə ediblər. Lakin Tereza Meyin onu əvəzləməsindən sonra ağıllı saatların istifadəsinə qadağa qoydu. O cümlədən, iclas və müşavirə zamanları mobil telefonlarından da istifadədə məhdudlaşdırılıb.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə