Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov oktyabrın 9-11-də İsveçrə Konfederasiyası və Lixtenşteyn Knyazlığında rəsmi səfərdə olacaq.
XİN-in mətbuat xidmətindən SİA-ya bildiriblər ki, səfər çərçivəsində nazir Elmar Məmmədyarovun İsveçrə Konfederasiyası və Lixtenşteyn Knyazlığının rəsmi şəxsləri ilə görüşü, Azərbaycan və İsveçrə arasında müqavilə-hüquq bazasının genişləndirilməsi məqsədilə bir sıra sənədlərin imzalanması nəzərdə tutulub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB