XİN: “KTMT-nin iclasında Qarabağ münaqişəsinin müzakirəsi mümkündür”

XİN: “KTMT-nin iclasında Qarabağ münaqişəsinin müzakirəsi mümkündür”

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ermənistana səfər edəcək. SİA-nın məlumatına görə, bunu Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi brifinqdə deyib. Onun sözlərinə görə, Lavrov Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Şurasının növbəti sessiyasına hazırlıq çərçivəsində oktyabrın 14-də İrəvanda XİN Şurasının iclasında iştirak edəcək.

İrəvanda həmçinin, KTMT-nin Müdafiə Nazirləri Şurasının, Təhlükəsizlik Şurası katibləri Komitəsinin birgə iclasının keçiriləcəyi də nəzərdə tutulub. Bu formatda görüşdə Lavrov da iştirak edəcək.

M.Zaxarova iclas çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının müzakirə olunacağını da istisna etməyib.

Onun sözlərinə görə, bu məsələyə dair ayrıca görüş nəzərdə tutulmasa da, iclas çərçivəsində müzakirələrin keçirilməsi mümkündür.

Bütün xəbərlər Facebook səhifəmizdə