Dağlıq Qarabağ münaqişəsinin nizamlanması bəyanatlardan asılı deyil. SİA-nın məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi brifinqdə ABŞ-ın dövlət katibi Con Kerrinin Qarabağ münaqişəsinə dair açıqlamasını şərh edərkən bildirib.
ABŞ-ın dövlət katibi Con Kerrinin Azərbaycan-Ermənistan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün hələ şəraitin yaranmadığı və liderlərin buna hazır olmadığına dair fikirlərinə münasibət bildirən Zaxarova deyib: " Münaqişənin həlli bəyanatlardan deyil, bizim məşğul olduğumuz praktiki işlərdən asılıdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB