Ermənistan prezidenti Serj Sarkisyan Kollektiv Təhlükəsizlikn Müqaviləsi Təşkilatının(KTMT) baş katibi vəzifəsinə sabiq müdafiə naziri Vaqarşaka Harutyunyanın namizədliyini təklif edəcək. SİA-nın məlumatına görə, bu barədə "Jamanak" qəzeti yazıb. Məlumatda deyilir ki, sabiq müdafiə naziri Seyran Ohanyanın KTMT-nin baş katibi vəzifəsi təklifindən imtina etməsindən sonra onun həmkarı Harutyunyanın namizədliyi üzərində dayanılıb.
"Oktyabrın 14-də KTMT-yə üzv dövlətlərin rəhbərlərinin sammitində Sarkisyanın qarşıdakı 4 il müdətinə onun namizədliyini irəli sürəcəyi gözlənilir", - deyə, qəzet yazıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB