Novruz Məmmədov Bayerə cavab verdi

Novruz Məmmədov Bayerə cavab verdi

"Diplomatlar var ki, hələ də anlaya bilmirlər ki, dünyanın indiki vəziyyətə düşməsinin səbəbi onlardır". SİA-nın məlumatına görə, bunu Prezident Administrasiyası rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov öz "twitter" səhifəsində yazıb.

N.Məmmədov yazıb ki, Bayerin (Daniel Bayer- ABŞ-ın ATƏT-dəki daimi nümayəndəsi) müsahibəsindən görünür ki, o, ATƏT-də özünü 1-ci katib kimi aparır (sovetlərdə olduğu kimi): "Bilməlidir ki, Prezident onun haqqında danışmayıb, danışmaz da. Prezident ABŞ-ın ATƏT-dəki səfiri haqda danışıb. Nə üçün fakt axtarır?! Bəlli hadisə üçün fakta ehtiyac yoxdur Twitterinə baxın... Azərbaycan haqqında yalan, böhtan deməsə, gözünə yuxu getmir. Beynəlxalq hüquq ifadəsi dilini yara edib. Amma Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bu ifadəni heç vaxt işlətməyib. Belələri haqqında deyirlər... Karvan öz yolu ilə gedəcək".

Bütün xəbərlər Facebook səhifəmizdə