Millət vəkili: "Yeni Səlib yürüşünə qarşı islam ölkələrində sipər yaradılmalıdır"

Millət vəkili: "Yeni Səlib yürüşünə qarşı islam ölkələrində sipər yaradılmalıdır"

"Bu gün Qərbdə də çox yaxşı bilirlər ki, islamafobiya yoxdur. Çünki İslamın ən hegemon dövrlərində belə islam fobiya mənbəyi olmayib , fərqlilik və rəqabət mühiti yaradıb". SİA-nın xəbərinə görə, bunu "Yeni Azərbaycan" qəzetinin baş redaktoru, millət vəkili Hikmət Məmmədov Bakıda İslam Əməkdaşlıq Təşkilatına üzv Dövlətlərin Jurnalistləri Assosiasiyasının niyyət konfransında çıxış edərkən deyib.

O bildirib ki, 2001-ci 11 sentyabr hadisələrindən sonra formalaşdırılan antiterror koalisiyası əslində yeni Səlib yürüşü koalisiyası idi: "Bu koalisiyaya müsəlman ölkələri də qoşuldu. Ancaq bu, manipulyasiya üçün idi. Qərb insanların şüuru ilə manipulyasiya etməyi bacardı, yeni insan tipi formalaşdırıldı. Bu insan hazırda informasiya ilə idarə olunan insandır. Müasir terminlə ifadə etsək homoinfarmatikusdur. O, transmilli KİV-lərin informasiya bazasına söykənərək qərarlar qəbul edir və bu qərarlar yanlış olur. Bu insan guya qlobal dəyərlər, demokratiya, insan hüquqları üçün mübarizə aparır, amma bir də gözünü açır ki, dövləti yıxılıb, ölkəsi parçalanıb, Qərbin maraqları təmin olunub, özü isə Qərbin qapısında miqrant durumuna düşüb. Məsələyə bu cür qlobal mövqedən yanaşmasaq, vəziyyət fərqli olmayacaq. Müasir informasiya əsrində jurnalistlərin üzərinə böyük missiya düşür. Yeni Səlib yürüşünə qarşı islam ölkələrində media vasitəsilə intellektual sipər yaradılmalıdır. Bu, o vaxt mümkün olacaq ki, təşkilatlanaraq mövcud informasiya resursları potensialını real gücə çevirə bilək. Elə Bakıda islam ölkələri jurnalistlərinin asossasiyasının yaradılması üçün keçirilən niyyət konfransı da bu məqsədə xidmət edir".

Bütün xəbərlər Facebook səhifəmizdə