Səfir: "Azərbaycanla İndoneziya arasında əlaqələri inkişaf etdirməliyik"
"KİV-lər demokratiyanın onurğa sütunudur". SİA-nın xəbərinə görə, bunu İndoneziyanın Azərbaycandakı səfiri Hüsnan Fanani Bakıda keçirilən İƏT-ə üzv dövlətlərin Jurnalistləri Assosiasiyasının niyyət konfransında çıxışı zamanı deyib. O bildirib ki, bu gün dünyada İslamla bağlı mənfi səpkidə fikirlər səsləndirilir: "Xüsusən də Qərb ölkələri İndoneziyaya baxanda İslamın alternativ formasını görürlər. İndoneziya dünyanın müsəlmanlar yaşayan ən böyük məmləkətidir, yeni və demokratik dəyərlər sistemində yaşayır. Biz İslamın ölkələrə yardım və töhfə verdiyini görürük. Bu gün İndoneziya dünyanın 20 ən nəhəng ölkəsi sırasındadır, Çin və Hindistandan sonra ən sürətli inkişafa malik ölkədir. Yaxın vaxtlarda İndoneziya Böyük Britaniya və Kanadanı ümumdaxili məhsulun həcminə görə keçəcək".
Səfir qeyd edib ki, İndoneziya və Azərbaycan bir-birini dəstəkləyir: "İndoneziya radikalizm səylərini neytrallaşdıraraq mülayim mövqedən çıxış edir. Cənubi Qafqazın ən böyük iqtisadi sistemi olan Azərbaycanla İndoneziya arasında əlaqələri inkişaf etdirməliyik ".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB