Oleq Kuznetsov: "Rusiya və Azərbaycan eyni sivilizasiya məkanındadırlar"

Oleq Kuznetsov: "Rusiya və Azərbaycan eyni sivilizasiya məkanındadırlar"

"Rusiya və Azərbaycan yaxın ölkələr kimi eyni sivilizasiya məkanındadırlar. Ona görə də slavyan-türk kökləri bu sivilizasiyanın əsasını təşkil edir. Bu məkanın hər birinin öz seqmenti var". SİA-nın məlumatına görə, bunu bu gün "Mədəniyyətlərarası dialoq Rusiya və Azərbaycan xalqlarının sivilizasiya əməkdaşlığının təməli kimi" mövzusunda çıxışı zamanı Rusiyanın "Uşaqlar üçün aviasiya" Dünya Xeyriyyə Fondunun Hüquqi təminat şöbəsinin müdir müavini Oleq Kuznetsov deyib.

Onun sözlərinə görə, Rusiya propaqandası öz dəyərlərini irəli sürmür: "Bu, artıq ümumi dəyərdən xəbər verir. Amma Azərbaycan bəzi hallarda öz intellektual səviyyəsini tam dünyaya çatdıra bilməyib. Lakin bunun üçün Azərbaycanın bütün lazımi imkanları var. Yaxşı olardı ki, Azərbaycan NASA və digər qurumlar birgə qızıl medal təsis etsinlər. 10-15 ildən sonra həmin medallar Yuri Qaqarin medalı ilə bir yerdə olacaq. Beləcə, Azərbaycan mühüm rol oynayacaq və aparıcı tendensiyanın əsasını qoyacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə