Şvidkoy: "Miqrasiya faciə deyil"

Hazırda biz mürəkkəb şəraitdə yaşayırıq, amma Bakıda gəzəndə bunu hiss etmirsən. SİA-nın məlumatına görə, bunu Rusiya prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvidkoy 5-ci Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində "İnsanların kütləvi yerdəyişməsi şəraitində insan kapitalının qorunmasının önəmi davamlı inkişafın əsası kimi" mövzusundakı dəyirmi masada deyib.

O bildirib ki, burada Azərbaycanın təcrübəsi barədə danışıldı: "Bir milyondan çox qaçqın və məcburi köçkünün problemininin öhdəsindən gəlməklə Azərbaycan inanılmaz şəkildə böyük iş görüb. Biz burada məcburi köçkünlərin problemlərinin həlli baxımdan uğurlu bir təcrübənin şahidi oluruq".

Rusiyalı rəsminin sözlərinə görə, Azərbaycanda svilzasiyalararası məsələdə heç bir problem yoxdur: "Hazırda dünyada 65 milyon qaçqın və məcburi köçkün var və bu, inanılmaz rəqəmdir. Hətta 4-5 ci əsrlərdə olan hadisələrə bənzəyə bilər. Miqrantlar olduqları ölkələrə inteqrasiya etməli, təhsilə yiyələnməlidirlər. Almaniyadakı hadisələri tənqid edə bilərsiniz, amma orada miqrantların cəmiyyətə inteqrasiyası modelləri var. Sosial proqramlar olmasa, insan kapitalından söhbət gedə bilməz. Bu baxımdan bugünki iqtisadiyyat elm, bilik iqtisadiyyatıdır, bizə bilikli adamlar lazımdır. Ancaq onlar təkcə küçə süpürən olmamalıdır. Bizim yaxşı mühəndislərə ehtiyacımız var. Miqrasiya faciə deyil, qaçılmaz bir haldır. Əgər tolerant cəmiyyət istəyiriksə, yerli əhali miqrantlara münasibəti dəyişməlidir.

Bütün xəbərlər Facebook səhifəmizdə