Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Çili Respublikasının Senatında Azərbaycan ilə dostluq qrupunun sədri İvan Barros Moreyranın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
SİA-nın məlumatına görə, görüşdə iki ölkə arasında əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə yüksək səviyyəli səfərlərin həyata keçirilməsi və Xarici İşlər Nazirlikləri səviyyəsində ikitərəfli siyasi dialoq mexanizminin davam etdirilməsinin vacibliyi qeyd olunub.
Parlamentlərarası əlaqələrin rolunu və dostluq qruplarının fəaliyyətini təqdir edən Elmar Məmmədyarov, Çili Milli Konqresinin Senatında ölkəmizin ərazi bütövlüyü və suverenliyinə dəstək ifadə edən, habelə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair BMT Təhlükəsizlik Şurasının qətnamələrinə riayət edilməsini tövsiyə edən sənədin qəbul olunmasına görə təşəkkürünü bildirib.
Görüşdə həmçinin iki ölkə arasında iqtisadi əlaqələrin inkişaf etdirilməsi yolları, o cümlədən ikitərəfli əməkdaşlığın genişləndirilməsinə xidmət edə biləcək perspektivli sahələr müzakirə olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB