Raqif Abbasov: “Bizim seçki mədəniyyətimiz dünya üçün nümunədir”

Raqif Abbasov: “Bizim seçki mədəniyyətimiz dünya üçün nümunədir”

"Azərbaycan vətəndaşının seçki mədəniyyəti mövcuddur. Bu mədəniyyət artıq dünyanın ayrı-ayrı ölkələri, o cümlədən "seçkilər azad, şəffaf keçirimədi" deyən insanların özü üçün nümunədir". Bunu SİA-ya açıqlamasında Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov deyib.O bildirib ki, Azərbaycan vətəndaşı olaraq ilk növbədə öz vətəndaşlıq borcunu Səbail rayon 29 saylı seçki dairəsinin 11 saylı məntəqəsində yerinə yetirərək səs verib: "İkincisi, səhər saatlarında səsverməyə gedərkən həm gənc, həm yaşlı, həm də orta nəslin nümayəndələrinin gözümlə səsverməyə gəldiyini gördüm. Mərkəzi Seçki Komisiyası məntəqələrdə veb-kameralar quraşdırıb və onların vasitəsilə hər kəs dünyanın ayrı-ayrı yerlərindən baxıb, səsvermənin gedişini, müşahidə edilən insan axınını izləyə bilər. Nəhayət, Azərbaycan seçkilərə 40-a yaxın ölkənin müşahidəçilərini dəvət etmişdi. Onların arasında beynəlxalq səviyyədə tanınmış şəxslər, millət vəkilləri var idi. Bütün bu sadalananlar dövlətimiz tərəfindən seçkilərə yanaşmanın, seçkilərə hazırlığın, məntəqələrdə səsvermə üçün yaradılan şəraitin əyani göstəricisidir. Əlbəttə ki, digər faktları da saymaq olar. Belə olan halda hansı saxtakarlıqdan söhbət gedə bilər?! Bu gün iqtidara müxalifətdə olmaq olar "hörmətli 5-ci kolon", "hörmətli" siyasi opponentliyi olmayan yoldaşlar, amma dövlətə qarşı müxalifətdə olmaq olmaz. Bu, insanın özü-özünə qarşı müxalifətdə olması deməkdir. Nəhayət, bu gün jurnalistləri seçkiləri izləmək üçün qeydiyyatdan keçən ayrı-ayrı dünya mətbuatının, ölkəmizdəki xarici müşahidəçilərin rəylərinə baxmaq lazımdır ki, seçki barədə yetərincə məlumat yaransın. Minlərlə kilometr uzaqda oturub, burdakı bəzi qərəzli şəxslərən təhrif edilmiş məlumatlar alıb, onları yayanlar heç nəyə nail ola bilməyəcəklər. Çünki bu insanlar ağa qara deməyə, qaraya ağ deməyə vərdiş ediblər. Amma yenə də reallıq mövcuddur".

Bütün xəbərlər Facebook səhifəmizdə