Paulina Haijanen: "Referendum Azərbaycan xalqının iradəsini əks etdirir" SƏS TV
Bu gün Beynəlxalq Mətbuat Mərkəzində Avropa Ittifaqı Regional Komitə üzvlərindən ibarət Maşahidə qrupu mətbuat konfransı keçirib. SIA-nın xəbərinə görə , mətbuat konfransında çıxış edən qrupun rəhbəri Paulina Haijanen bildirib ki, qrup üzvləri 10 məntəqədə müşahidə aparıb. Onun sözlərinə görə proses milli qanunvericiliyə uyğun şəkildə aparılıb: "Konstitusiyada nəzərdə tutulan dəyişikliklər insanların hüquq və azadlıqlarının, eləcə də idarəetmə sisteminin daha da təkmilləşdirilməsinə xidmət edir. Qrup üzvləri səsvermə prosesini rahat şəkildə izləyə biliblər. Səsvermə təşkilatı baxımdan yüksək təşkil olunub. Məntəqələrdə seçici aktivliyi müşahidə olunurdu. Səsvermə azad, sərbəst şəkildə baş tutdu. Kənar müdaxilə olmadan hər kəs demokratik şəkildə prosesdə iştirak etdi. Referendum tam legitimdir və Azərbaycan xalqının iradəsini əks etdirir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB