"Artur-Filkenşteyn və Assosasiyası" seçkilərin nəticəsini açıqladı
ABŞ-ın "Artur-Filkenşteyn və Assosasiyası" şirkəti vətəndaşların Əmək Hüquqları Liqası ilə birgə referendumda keçirdiyi exit-pollun nəticələrini açıqlayıb. SİA-nın məlumatına görə, tədbirdə liqanın rəhbəri Sahib Məmmədov bildirib ki, 100 dairə üzrə 450 məntəqədə 900 sorğuçu cəlb olunub.
"Artur-Filkenşyeyn və Assosasiyasının" prezidenti Corc Börnbaun ilə bildirib ki, bu liqa ilə birgə ikinci işləridir: "Sorğu zamanı 32 min 400 nəfərlə müsahibələr aparıblar və bu, böyük rəqəmdir. Nəticələrə gəlincə, seçicilərin 88,9 faiz bütün dəyişiklikərə müsbət rəy verib. Bloklara böldükdə isə icra hakimiyyəti strukturlarında dəyişikliklərlə bağlı təkliflərə 87,3 faiz "hə" deyib. Bura vitse-prezidentlik institutu, prezidentlik müddətinin uzadılması və s. daxildir. Dövlət təhlükəsizliyi və müdafiəsinin təminini 89,7, insan haqları və təminini 88,3 faiz dəstəkləyib, sosial təminatla bağlı təklifin 86,5 faiz lehinə səs verib".
O sonda vurğulayıb ki, ümumilikdə əhali Konstitusiya dəyişikliklərinə böyük dəstək verib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB