Azərbaycan Konstitusiyasında dəyişikliklərlə bağlı ümumxalq səsverməsində (referendum)"ELS" Müstəqil Araşdırmalar Mərkəzinin həyata keçirdiyi "exit-poll" un nəticələri ilə bağlı mətbuat konfransı keçirilib. SİA xəbər verir ki, Mərkəzin rəhbəri İradə Yaqubova bildirib ki, bu gün səhər saat 8-dən"exit-poll" 118 seçki dairəsindən 400 seçki məntəqəsində aparılıb.
Onun sözlərinə görə, gün ərzində sorğular saat 10:00, 13:00, 16:00, 18:00-da Mərkəzin "İrşad Hotel"dəki qərargahında çalışan telefon operatorlarına ötürülüb. İ.Yaqubova bildirib ki, "ELS"-in keçirdiyi tədqiqata bütövlükdə 991 könüllü cəlb olunub. Sorğu anonim aparılıb və saat 18:00-a olan məlumata görə, seçici fəallığı 65,1faiz olub. Konstitusiyaya təklif edilən 29 əlavə və dəyişikliklər bloklara bölünüb. Belə ki, sorğunun nəticəsinə görə, dövlət təhlükəsizliyi ilə bağlı 90 faiz, insan hüquqlarının təmini üzrə 88,4, dövlət idarəçiliyində islahatlar 88,5, seçkili orqanlarda yaş həddinin dəyişdirilməsinə 86,4 faiz səs verilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB