Ümumxalq səsverməsinin (referendumun) saat 17:00-a olan ən aktiv və ən passiv seçki dairələrinin adları açıqlanıb. SİA-nın məlumatına görə, bu barədə Mərkəzi Seçki Komissiyasının İnformasiya Mərkəzinin müdiri Fərid Orucov məlumat verib.
Onun sözlərinə görə, ən aktiv seçki dairəsi 14 Saylı Xəzər Seçki Dairəsidir ki, burada 36 605 seçicidən 33 198-i artıq səs verib: "Bu isə qeyd olunan dairədə 74.1 faiz seçici fəallığı deməkdir.
Ən passiv seçki dairəsi isə yenə 17 Saylı Yasamal Üçüncü Seçki Dairəsidir. Burada 42 122 seçicidən yalnız 20 263-i səs verib. Beləliklə bu dairədə 48.1 faiz seçici fəallığı qeydə alınıb.
MSK-nın 115 saylı qaynar xəttinə isə bir neçə sorğu xarakterli müraciətlər daxil olmayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB