Referendum Türkiyə mətbuatında FOTOLAR

Referendum Türkiyə mətbuatında FOTOLAR

Azərbaycanda keçirilən ümumxalq səsverməsi-Referendum ölkə mediası ilə yanaşı, digər ölkələrin də diqqətindədir. Gün ərzində qonşu ölkələrin müxtəlif saytlar və televiziyalarında ölkəmizdə keçirilən səsvermə ilə bağlı bir çox materiallara rast gəlmək mümkündür. SİA referendumla bağlı qardaş ölkənin mətbuatında yazılanları təqdim edir.

Türkiyənin ensonxəbər.com saytında "Azərbaycan anayasa değişikliği referenduma gidiyor" başlıqlı yazı yer alıb. Yazıda bildirilir ki, Azərbaycanda keçirilən referendumu 53 mindən çox yerli, 117 beynəlxalq müşahidəçi izləyir. Həmçinin yazıda səsvermənin saat 19-00-da yekunlaşacağı qeyd olunur.

Karar.com saytıda ölkəmizdə keçirilən ümumxalq səsverməsinə yer ayırıb. Belə ki yazıda Ölkə başçısı Prezident İlham Əliyev tərəfindən Konstitusiyaya təklif olunan əlavə və dəyişikliklər haqqında geniş məlumat verilib. Bildirilib ki, Dövlət başçısının iyulun 18-də imzaladığı sərəncamına əsasən Referendumun sentyabrın 26-da keçirilməsi nəzərdə tutulub.

Azərbaycanda keçirilən ümumxalq səsverməsi ilə bağlı yazıya www.admiral.news saytında da rast gəlmək mümkündür. Yazıda ölkədə yer alan seçki məntəqələrininin 20 faizinin kamerlarla təchiz olunduğu qeyd olunur.

Türkiyənin "Yeni Şafak" qəzetində də "Azerbaycan sandık başında" başlıqlı yazı dərc edilib. Məqalədə ötən gün Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovun açıqlaması yer alıb. Yazıda bildirilir ki, ölkədən kənarda yaşayan azərbaycanlı vətəndaşlar üçün 38 nöqtədə seçki mərkəzləri yaradılıb.

Türkiyənin parstoday.com saytı da ölkəmizdə keçirilən Referendumu diqqətdən kənarda qoymayıb. Belə ki, saytda Ölkə başçısı tərəfindən Konstitusiyaya təklif olunan əlavə və dəyişikliklər haqqında geniş məlumat verilib. Referendum Aktında yer alan müddəaların izahı verilən yazıda bildirilir ki, layihəyə əsasən Azərbaycanda Milli Məclisə üzvlük yaşı 18-ə endirilib. Məqalədə həmçinin 29 maddəyə nəzərdə tutulan dəyişikliklər də yer alıb.

Qonşu ölkənin yenidunyagundemi.com saytı da Azərbaycanda keçirilən Referendum haqqında yazı dərc edib. Bildirilib ki, Azərbaycanda səsvermə səhər saat 08-00-da başlayıb, 19.00-da isə başa çatacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə