Aleksandr Nikoloski: ”AŞPA missiyası referendum üzrə yekun rəyi iki aya açıqlayacaq” SƏS TV
Biz Avropa Şurası Parlament Assambleyasının(AŞPA) müşahidə missiyası olaraq referendumu qiymətləndirmək üçün burdayıq. Bunu SİA-ya açıqlamasında AŞPA-nın Referendumu Dəyərləndirmə Missiyasının rəhbəri Aleksandr Nikoloski deyib. O bildirib ki, missiya mümkün qədər çox məntəqələrdə müşahidə aparacaq: "Müşahidə missiyası 7 nümayəndədən ibarətdir. Sabah referendumla bağlı mətbuat konfransı keçirib ilkin məlumatları paylaşacağıq, yekun rəy isə iki ay sonra veriləcək".
Qeyd edək ki, AŞPA missiyasının rəhbəri 29 saylı Səbail rayon dairə seçki komissiyasının 4 və 5 saylı məntəqələrinə baş çəkib, prosesin gedişini izləyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB