Jandos Asanov: “Axşam saatlarından başlayaraq bülletenlərin sayılması prosesini izləyəcəyik” TürkPA

Jandos Asanov: “Axşam saatlarından başlayaraq bülletenlərin sayılması prosesini izləyəcəyik” TürkPA

"Azərbaycan xalqı ölkə Konstitusiyasında ediləcək dəyişikliklərlə bağlı keçirilən referendum seçkilərinə tam şüurlu şəkildə yanaşır və səsvermə hüququndan yararlanır". SİA xəbər verir ki, bu fikirləri Bakıda referendumla bağlı səsvermə prosesini izləyən TürkPA-nın baş katibi Jandos Asanov jurnalistlərlə söhbətində qeyd edib.

Onun sözlərinə görə, seçicilərin fəallığı xüsusi müşahidə olunur: "TürkPA-nın müşahidə missiyası axşam saatlarından başlayaraq, səsvermənin nəticələri ilə bağlı bülletenlərin sayılmasını müşahidə edəcək və məhz həmin prosesdən sonra seçicilərin fəallığı ilə bağlı fikirlərini açıqlayacaq. Ümumilikdə isə prosesdə seçicilərin yüksək həvəsi və fəallığı diqqət mərkəzindədir".

Asanov TürkPA-ya üzv olan ölkələrdə keçirilən seçkilərin 2010-cu ildən müşahidə olunduğunu xatırladıb və bildirib ki, təmsil etdiyi təşkilat TürkPA-ya üzv olan ölkələrdə demokratik hüquqların və seçki proseslərinin daha da yaxşılaşdırılmasını əsas hədəf kimi seçib.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə