Devid Morris: “Səsvermənin beynəlxlaq standartlara cavab verdiyi qənaətindəyəm”

Devid Morris: “Səsvermənin beynəlxlaq standartlara cavab verdiyi qənaətindəyəm”

"Getdiyimiz seçki məntəqələrində qanun pozuntusu ilə qarşılaşmamışıq və səsvermənin normal qaydada davam etdiyini müşahidə etdik". SİA xəbər verir ki, bu fikirləri Böyük Britaniya Parlamentinin İcmalar Palatasının üzvü Devid Morris təmsil etdiyi qurumun keçirilən səsvermə ilə bağlı apardığı müşahidələrdən gəldiyi qənaətini açıqlayarkən deyib.

Bir neçə məntəqədə olan xarici müşahidəçi xatırladıb ki, o, Azərbaycanda dördüncü dəfədir ki, seçki prosesini izləyir: "Hesab edirəm ki, seçicilər üçün münbit şərait yaradılıb. Bu baxımdan, ölkənizdə keçirilən səsvermə prosesinin beynəlxalq standartlara cavab verdiyi qənaətindəyəm".

Devid Morris seçicilərin fəal olmasını da qeyd edib və vurğulayıb ki, hər dəfə Azərbaycanda olanda buradan çox xoş təəssüratlarla ayrılır.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə