Dmitri Azarov: "Azərbaycanın seçki təcrübəsi öyrənilməlidir" MÖVQE

Dmitri Azarov: "Azərbaycanın seçki təcrübəsi öyrənilməlidir" MÖVQE

"Saat 8-dən Azərbaycanda keçirilən referendumla bağlı bir neçə məntəqədə olub, insanların səsverməsini müşahidə etmişəm. Yüksək seçki fəallığı mövcuddur". Bunu SİA-ya açıqlamasında 29 saylı Səbail seçki dairəsinin 4 saylı məntəqəsində seçki prosesini müşahidə edən MDB təmsilçiləri Dmitrii Azarov və İlyas Umaxanov bəyan ediblər.

D.Azarov bildirib ki, Azərbaycanın seçki təcrübəsi çox mükəmməldir və bu təcrübə öyrənilməlidir: "Ümumxalq səsverməsinin azad və demokratik şəraitdə keçirilməsi üçün məntəqələrdə hər cür şərait, imkanlar yaradılıb. Seçicilər mütəşəkkil şəkildə məntəqələrə gələrək səsvermədə iştirak edirlər".

Bütün xəbərlər Facebook səhifəmizdə