22 saylı məntəqədə səsvermə şəffaflıqla davam edir

22 saylı məntəqədə səsvermə şəffaflıqla davam edir

23 saylı Nəsimi-Səbail seçki dairəsinin 22 saylı məntəqəsində seçici fəallığı müşahidə olunur. SİA-nın məlumatına görə, səhər saat 8:00-dan başlayaraq bu məntəqə üzrə qeydiyyatda olan seçicilər Konstitusiyaya təqdim edilən əlavə və dəyişiklikliklərə münasibət bildirmək üçün məntəqəyə üz tutublar. Məntəqə sədri Könül Həsənova bildirib ki, erkən saatlar olmasına baxmayaraq, seçicilər fəal şəkildə səs verməyə gəliblər.

Onun sözlərinə görə, səsvermə tam şəffaf şəkildə, müşahidəçilərin nəzarəti altında keçirilir: "İndiyə kimi heç bir qayda pozuntusu qeydə alınmayıb. Məntəqə üzrə 1290 seçici qeydiyyata alınıb. 39 nəfərin müraciəti nəzərə alınaraq yaşadıqları ünvana daşınan qutular göndəriləcək".

Bütün xəbərlər Facebook səhifəmizdə