Məzahir Pənahov: "117 beynəlxalq müşahidəçi MSK-da qeydiyyatdan keçib"
Bu gün Mərkəzi Seçki Komissiyasında (MSK) Məzahir Pənahovun sədrliyi ilə mətbuat konfransı keçirilib. SİA-nın məlumatına görə, MSK sədri bildirib ki, sentyabrın 26-na təyin edilən referendumun yüksək səviyyədə hazırlanıb keçirilməsi üçün bütün lazımi işlər vaxtında həyata keçirilib: "MSK referendumun keçirilməsi üçün müəyyən edilən 60 gündən çox səmərəli istifadə edib və hətta bir sıra işlər vaxtından əvvəl həyata keçirilib. M.Pənahov vurğulayıb ki, seçicilər də referendum barəsində ətraflı məlumatlandırılıb: "Həm dairə, həm də məntəqə seçki komissiyalarının sədrləri və üzvləri də maarifləndirilib və onlar öz işlərinə məsuliyyətlə yanaşır".
Onun sözlərinə görə, bütün dairələr texniki vasitələrlə təmin edilib ki, məlumatlar dərhal MSK-ya daxil olsun: "Bunun üçün kompüter mütəxəsislərinə xüsusi təlim keçirilib. Seçkilərin Seçki Məcəlləsinə uyğun həyata keçirilməsi üçün digər dövlət qurumları, o cümlədən polis orqanlarının, Pentensiar Xidmətin, Ombudsman Aparatının, Səhiyyə Nazirliyinin, kütləvi informasiya vasitələrinin əməkdaşları üçün də bu istiqamətdə təlimlər keçirilib. Hesab edirəm ki, sabah səsvermədə heç bir problem yaranmayacaq. Hazırda xaricdə olan seçicilərin səsverməsi üçün müvafiq şərait yaradılıb, xaricdə olan səfirlik və konsulluqlarda seçki məntəqələri yaradılıb".
Qurum rəsmisi qeyd edib ki, referendumu izləmək üçün bu günə qədər 117 beynəlxalq müşahidəçi Mərkəzi Seçki Komissiyasında akkreditasiyadan keçib: "Bunlar təxminən 35 ölkənin, Avropa Şurası Parlament Assambleyası da daxil olmaqla müxtəlif beynəlxalq təşkilatların nümayəndələri, parlamentarilərdir: "Müşahidə aparmaq istəyən ölkə vətəndaşlarının sayı da kifayət qədər geniş çeşidlidir. Bura həm siyasi partiyaların nümayəndələri, öz təşəbbüsü ilə müşahidə aparmaq istəyən vətəndaşlar, həmçinin qeydə alınmış təşviqat qrupunun nümayəndələri daxildir. Ümumilikdə müşahidəçilərin sayı 53 mindən artıqdır. Müşahidə aparmaq üçün müraciət edən keç kimə imtina cavabı verilməyib. 16 ölkədən kütləvi informasiya vasitələrinin nümayəndələri də sabah referendumu izləyəcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB