"Amerikalıların özləri etiraf edirlər ki, bu bir səhv idi və suriyalılar qarşısında üzr istəyirlər". SİA xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov sentyabrın 20-də Con Kerri ilə Suriya üzrə danışıqların təfərrüatları barədə "vesti"yə verdiyi müsahibəsində deyib. Rusiyalı XİN rəhbəri ABŞ təyyarələrinin Suriya əsgərlərinin yerləşdikləri ərazilərin bombardman olunmasına, nəticədə çoxsaylı əsgər və zabitlərin həlak olması məsələsinə də aydınlıq gətirib. Buna qədər də görüşlərin keçirildiyini və məhz həmin görüşlərdən sonra amerikalıların nəyə görə belə bir addıma getdiklərini sual edən jurnalistin suallarını cavablandıran Lavrov həmçinin qeyd edib ki, amerikalılar üzrxahlığı məhz onlar (rusiyalılar) vasitəsilə çatdırıblar: "Bəli, Əsəddən üzr istəyiblər".
"Yəni, bütün bunlar məlum faktlardır. ABŞ tərəfindən hazırlanmış koalisiyanın kəşfiyyatçıları harada olduqlarını unuda bilərdilər, lakin buna inanmaq çox çətindir"-deyən Lavrov hələlik kimlərisə günahlandırmaq istəmədiyini də bildirib və Suriya üzrə danışıqların davamlı olacağını vurğulayıb.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB