Ted Kruz: “ABŞ böhranlı vəziyyətdədir” SEÇKİLƏR

Ted Kruz: “ABŞ böhranlı vəziyyətdədir” SEÇKİLƏR

ABŞ-ın Texas ştatından olan nüfuzlu respubliklaçı senator, Ted Kruz prezident seçkilərində Donald Trampa səd verəcəyini bəyan edib. SİA-nın məlumatına görə, bu barədə "inrefax.ru" saytı senatorun bu barədə şəxsi feysbuk səhifəsindəki fikirlərini işıqlandırıb. Bu haqda yazan senator qeyd edib ki, bir neçə aylıq düşüncələrdən, dualardan və özünütəhlillərdən sonra o, partiyadaşı Donald Trampa səs verəcəyi qərarına gəlib. Kruz bu qərara gəlməsini iki səbəblə əsaslandırıb. "Birincisi, ötən il mən söz vermişdim ki, məhz respublikaçılardan olan namizədi dəstəkləyəcəm və mən öz sözümü tutma qərarındayam. İkincisi, respublikaçılardan namizəd olmuş Trampla mövcud fikir ayrılıqlarımıza baxmayaraq, Hillari Klintonun da namizədliyi vacibdir"-deyə senator bildirib və buna rəğmən, Klintonun prezident seçiləcəyi təqdirdə bunun ABŞ üçün zərərli nəticələrə gətirib-çıxaracağını da istisna etməyib.

Ted Kruz etiraf edib ki, ABŞ çətin dövrlərini yaşayır: "Bizim ölkə böhranlı vəziyyətdədir, çıxış yolları isə hələdə axtarılır. Belə bir ərəfədə Hillari Klintonun aşkar şəkildə prezidentlik vəzifəsinə uyğun gəlmədiyi göz önündədir. Düşünürəm ki, onun siyasəti də milyonlarla amerikalıya ciddi zərər vuracaq. Ona görə də Donald Trampa səs vermək qərarına gəldim".

Nüfuzu senator Hillari Klintonu prezident görmək istəməyən amerikalılara səslənədər, onları Trampa səs verməyə dəvət edib.

Xatırladaq ki, Ted Kruz prezident seşkilərində iştirak edəcək namizədlər müəyyənləşənə qədər Donald Trampla respublikaçılar partiyasında rəqib olub və Tramp səs çoxluğu ilə Kruza qalib gəlməyi bacarıb.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə