Qarabağ münaqişəsi Vyananın ATƏT-də sədrliyinin prioriteti olacaq
Avstriyanın 2017-ci ildə ATƏT-ə sədrliyi dövründə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasıl əsas prioritetlər sırasında olacaq. SİA-nın məlumatına görə, bunu Avstriyanın xarici işlər naziri Sebastyan Kunts BMT Baş Assambleyasının Nyu Yorkda keçirilən 71-ci sessiyasında deyib.
O bildirib ki, Avstriya Dağlıq Qarabağ ətrafında gərginliyin azaldılması, etimadın bərpası üçün çalışacaq: "BMT, Avropa İttifaqı və ATƏT-in təhlükəsizlik və sabitliyə nail olması üçün sülh lazımdır. Vyana ATƏT-də sədrliyi zamanı Ukrayna, Gürcüstan, Dağlıq Qarabağ və Dnestryanı münaqişələrin nizamlanmasına çalışacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB