Asim Mollazadə: “İnformasiya müharibəsinə qarşı hazırlıqlı olmaq lazımdır” AÇIQLAMA

Asim Mollazadə: “İnformasiya müharibəsinə qarşı hazırlıqlı olmaq lazımdır” AÇIQLAMA

"ABŞ və Qərb ölkələrində insan hüquqlarının pozulması, korrupsiya, ksenofobiya və faşizm geniş vüsət alıb. ABŞ-da qara dərililərə qarşı olan münasibət, Avropada qaçqın böhranı bunu əyani şəkildə təsdiq edir. Ümumiyyətlə bu kimi hallar onların maraq dairəsindədir". Bunu SİA-ya millət vəkili Asim Mollazadə deyib.

Millət vəkilinin sözlərinə görə, ABŞ və onun partnyorları bu gün Misir, İraq, Liviya, Suriya və digər ölkələrdə baş verən qanlı olaylara görə birbaşa cavabdehlik daşıyırlar: "Bu gün Orta Şərqdə olan proseslərə müdaxilədən sonra xeyli sayda insanın Avropaya axını başlayıb. Bu, artıq Avropa ölkələrinin qarşısında çox ciddi problemlər yaradıb. Hesab edirəm ki, hər bir atılacaq addım ciddi ölçülüb-biçilməlidir".

A. Mollazadə həmçinin Venesiya komissiyasının Azərbaycanla bağlı neqativ rəyinə də münasibət bildirib: "Düşünürəm ki, bu kimi təşkilatlarla ciddi işləmək və onları məlumatlandırmaq lazımdır. Ümumiyyətlə informasiya müharibəsində də hazırlıqlı olmaq lazımdır. Heç kimə sirr deyil ki, artıq Azərbaycana qarşı informasiya müharibəsi gedir. Bu müharibədə də səngərdə olduğu kimi çox ciddi, peşəkarcasına və yaxşı silahlanıb mübarizə aparmaq lazımdır.

Bütün xəbərlər Facebook səhifəmizdə