YAP Sabunçu rayon təşkilatında görüş keçirilib FOTOLAR - SƏS TV

YAP Sabunçu rayon təşkilatında görüş keçirilib FOTOLAR - SƏS TV

Bu gün Yeni Azərbaycan Partiyası Sabunçu rayon təşkilatının qərargahında bu ilin 26 sentyabr tarixində keçiriləcək ümumxalq səsverməsi (Referendum) ilə bağlı görüş keçirilib.

SİA-nın məlumatına görə, yığıncağı giriş sözü ilə açan YAP Sabunçu rayon təşkilatının sədri Mehriban Abasquliyeva Azərbaycan Respublikası Konstitusiyasına təklif olunan əlavə və dəyişikliklər barədə ətraflı məlumat verib. O qeyd edib ki, ölkə Prezidenti İlham Əliyev tərəfindən konstitusiyaya təklif olunan əlavə və dəyişikliklərin müasir dövrün tələblərdən irəli gəlir: "Sabunçu rayonu hər zaman ən qabaqcıl rayonlarından olmaqla yanaşı, bütün seçkilərdə öz fəallığı ilə seçilib. Biz Prezidentimizin ətrafında yumruq kimi birləşmişik. 26 sentyabrda bir daha həmrəy olub Referenduma hə deyəcəyik".

O bildirib ki, bu gün həm dövlətimizin siyasi-hüquqi və sosial-iqtisadi baxımdan inkişafının sürətli getməsi, həm regionun lider ölkəsi kimi transmilli layihələrin təşəbbüskarı və reallaşdırıcısı kimi qlobal əhəmiyyətli dövlətə çevrilməsi, həm də ölkəmizin böyük dövlətlərin diqqət mərkəzində olması Azərbaycanın inkişafının keyfiyyətcə yeni mərhələyə daşıyacaq və təhlükəsizliyini təmin edəcək hüquqi dəyişikliklərin həyata keçirilməsini günün tələbinə çevirir.

Şərqşünas-alim, akademik Vasim Məmmədəliyev də bu ilin 26 sentyabr tarixində keçiriləcək ümumxalq səsverməsinin (Referendum) əhəmiyyətini xüsusi vurğulayıb: "Mən hər kəsi seçkilərdə fəal olmağa çağırıram".

V. Məmmədəliyev Azərbaycan dövlətinin möhkəmlənməsindən danışaraq bütün bunların məhz Ümummilli Lider Heydər Əliyevin sayəsində baş verdini deyib: "Güclü dövlətin qurulması İlham Əliyev tərəfindən çox uğurla davam etdirilir. İlham Əliyev Azərbaycanı yüksələn templə irəli aparır".

Sonda YAP Sabunçu rayon təşkilatının sədr müavini Bəxtiyar Qasımov və başqaları çıxış edərək Azərbaycan dövlətinin sürətlə inkişaf etdiyini, müasir dünyaya inteqrasiya olunduğunu qeyd edərək, tərəqqinin keyfiyyətcə yeni mərhələsinə keçid üçün sözügedən dəyişikliklərə ehtiyac duyulduğunu vurğulayıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə