ABŞ-ın Şimali Karolina ştatında etiraz aksiyaları kütləvi iğtişaşlara çevrilib. Nəticədə ştat rəhbərliyi fövqəladə vəziyyət elan edib. SİA xəbər verir ki, bu barədə "itar tass" məlumat yayıb. Ştatın qubernatoru polisə dəstək üçün milli qvardiyanın və hərbiləşdirilmiş post-patrulun hazırlıqlı vəziyyətə gətirilməsi üçün göstəriş verib.
Dəqiqləşdirilmiş informasiyalara görə, bu ərəfədə şəhərdə etirazçılardan biri ağır yaralanıb. Daha öncə isə onun öldürüldüyü barədə məlumat verilmişdi. Qarşıdurmalar nəticəsində 20 polis əməkdaşı müxtəlif bədən xəsarətləri alaraq xəstəxanalara yerləşdiriliblər. Onlardan bir neçəsinin vəziyyəti kritikdir.
Qeyd edək ki, kütləvi iğtişaşlara çevrilmiş manifestasiyalara səbəb yerli qaradərilinin polis tərəfindən qətlə yetirilməsidir. Hadisə ilə bağlı bildirilir ki, polis qaradərilinin öz avtomobilindən silahla çıxdığını sanıb və ona elektrik şoku verib. Qaradərili amerikalı şokun təsirindən yerə yıxılsa da, sonradan ona atəş açıb.
Öldürülən qaradərilinin qızı bildirib ki, onun əlində silah deyil, kitab olub və oğlunu məktəbdən gətirən avtobusu gözləyib.
İğtişaşlar ABŞ-ın digər ştatlarına da sıçrayıb.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB